Distribusiya / Şokolad və Biskvit

Forno Bonomi

Forno Bonomi

İtaliyanın Verona dağlarında yerləşən "Forno Bonomi" əsası 1850-ci ildə qoyulmuş və dünyanın ən böyük Savoiardi (tiramisu biskvitləri) istehsalçısı kimi tanınan məşhur ailə brendidir. Qədim bişirmə ənənələrini qoruyub saxlayan şirkət ən yüksək keyfiyyətli yerli inqrediyentlərdən istifadə edərək əsl İtalyan ləzzətlərini süfrələrə gətirir.
Markanın zəngin məhsul çeşidinə klassik Savoiardi biskvitləri ilə yanaşı, xırtıldayan Amaretti, kərə yağlı Sfogliatine və digər ənənəvi İtalyan peçenyeləri daxildir. Süni qatqılar olmadan, nəsildən-nəslə ötürülən orijinal reseptlərlə hazırlanan Forno Bonomi məhsulları həm klassik desertlərin (məsələn, Tiramisu) hazırlanması, həm də çay süfrələrinin bəzədilməsi üçün mükəmməl seçimdir.

Paylaş: