İSTEHSAL

İSTEHSALIN MƏRKƏZİNDƏ

14 000 m²-lik AZZA qida fabrikində müxtəlif məhsul kateqoriyaları üçün ayrı-ayrı istehsal sahələri fəaliyyət göstərir.

14000 m²

QİDA FABRİKİ

24/7

Keyfiyyətə
nəzarət

FƏRQLİ MƏHSULLAR, FƏRQLİ PROSESLƏR

Bir sahədə xəmir yoğrulur və məmulatlar bişirilir, digərində şokolad və dondurma hazırlanır. Paralel olaraq tortlar yığılır və bəzədilir, bişmə məhsullarına forma verilir, hazır məhsullar soyudulur və qablaşdırılır. Hər mərhələnin arxasında öz işinə cavabdeh olan insanlar dayanır.

İSTEHSALIN ƏSASLARI

Böyük istehsalın arxasında miqyasla yanaşı, hər detalın öz yerini tutduğu sistem dayanır. Xammalın keyfiyyəti, istifadə olunan avadanlıq, keyfiyyət və gigiyena tələblərinə ardıcıl əməl olunması bu sistemin əsasını təşkil edir.

KEYFİYYƏT XAMMALDAN BAŞLAYIR

İstehsalda istifadə olunan xammal müəyyən edilmiş tələblərə uyğunluq baxımından yoxlamadan keçir və yalnız bundan sonra istehsala daxil edilir.

PEŞƏKAR AVADANLIQ

Müxtəlif istehsal mərhələlərində həmin prosesin tələblərinə uyğun peşəkar avadanlıqdan istifadə olunur.

KEYFİYYƏT VƏ GİGİYENA

Keyfiyyət və gigiyena üzrə mütəxəssislər istehsalın gedişatını izləyir, müəyyən edilmiş tələblərin hər mərhələdə qorunmasına diqqət yetirirlər.

İSTEHSALIN GÜNDƏLİK RİTMİ

Fabrikdə hər gün yüzlərlə detal bir-birini tamamlayır. Hər kadrda istehsalın başqa bir tərəfi, başqa bir iş və həmin işin arxasında dayanan insanlar görünür.