Viski XII əsrdən etibarən hazırlanır və hələ də öz ləzzətini qoruyub saxlayır. Bu da bu içkinin ən önəmli məqamıdır. Onun ilk istehsalçıları Şotlandiyalı rahiblər olub. Onlar sadə damıtma üsullarını tətbiq edərək şərabı sadəcə tibbi məqsədlə istifadə edirdilər. Bir neçə yüz ildən sonra, demək olar ki, bütün İngiltərə bu içkinin hazırlanması ilə məşğul idi. "Saxlama" mərhələsi olmadığı üçün şərab hazırladıqdan dərhal sonra istehlak edilirdi. Əsas xammal arpa idi. Bəzən isə çovdar və yulaf olurdu.